Məlumatlar 04 aprel 2018-ci il

Gürcüstan Respublikasına səfərə gedən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə

2009-cu ilin 9 ayı ərzində hərəkətin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

15 oktyabr 2009-cu il

Yol hərəkətinin sosial, hüquqi, texniki və digər cəhətlərini nəzərə alaraq, yol hərəkəti təhlükəsizliyi hüquq institutunun təkmilləşdirilməsi və inkişaf  etdirilməsi, eləcə də mövcud qanunvericilik massivinin harmonikləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişiklik hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilmişdir.

DİN BDYPİ Yol Patrul Xidməti Alayının xidməti ərazisində Yol hərəkəti və Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması nəticəsində baş vermiş insanların ölümünə və ya yaralanmasına, eləcə də zərərçəkən şəxsə maddi zərər yetirilməsinə səbəb olmuş yol-nəqliyyat hadisələri, tabe struktur hissələr tərəfindən aşkar olunmuş nəqliyyat vasitələrinin qeydiyyat sənədlərinin göstəricilərinin mühərriki, ban, şassi nömrələri ilə uyğunsuzluğu, saxtalıq əlamətləri sürücülük vəsiqələri və digər ciddi hesabat sənədləri üzrə vaxtında cinayət icraatının başlanması, cinayətin baş vermə səbəb və şəraitinin,  obyektiv, tam və keyfiyyətli araşdırılması, cinayətin tezliklə açılması, təksirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsinin tabeliyində istintaq və təhqiqat şöbəsi yaradılmışdır.
2009-cu ilin 9 ayı ərzində ərzində yol hərəkətinə nəzarət prossesində DYP əməkdaşları 663 minədən artıq YHQ pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə  edilməsi üzrə 15490, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 112375, ötmə qaydalarının pozulması üzrə 985, sərnişin daşıma qaydalarının pozulması üzrə 4746, avtoxuliqanlığa görə 409,  ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən pərdə və plyonkaların çəkilməsinə görə 1798 fakt aşkar etmişlər. YHQ pozuntusuna görə 79 mindən artıq sürücü yerində cərimə olunmuş, 2399 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılmışdır. YHQ pozuntularına görə tətbiq edilən cərimələrin məbləği 10,1 milyon manatdan artıq təşkil etmiş, ondan 10 milyon manatın ödənilməsi təmin edilmişdir.

Respublika əhəmiyyətli avtomobil yollarında yaz-yay müayinəsi aparılaraq yollarda çatışmayan yol nişanları, yolun hərəkət hissəsinin və yol çiyninin örtüyünün vəziyyəti, yol qurğularının standartlara uyğunluğunun nəticələri barədə aktlar tərtib olunmuş və mövcud nöqsan və çatışmamazlıqların aradan qaldırılması üçün aktların surəti Nəqliyyat Nazirliyinin "Yolnəqliyyatservis" Departamentinə göndərilmişdir.
2009-cu ilin 9 ayı ərzində ərzində "Siqnal" İLİ tərəfindən 15 yolayrıcının svetoforla tənzimlənməsi üçün quraşdırma işləri aparılmış, 2552 yol nişanı qoyulmuş və ya yenisi ilə əvəz edilmiş, boya ilə küçə və yollarda 1.374.795 pm cizgilənmə işi  aparılmışdır.

 Yol hərəkətinin təhlükəsizliyinin təbliği məqsədilə BDYPİ-nin "Space" TV ilə birgə layihə çərçivəsində «Siqnal» adlı yeni proqram təşkil olunmuş,  hərəkət iştirakçıları tərəfindən Yol hərəkəti qaydalarının pozulması, xüsusən də sürət recimininə əməl edilməməsi kimi problemlərdən bəhs edən 36 veriliş  hazırlanaraq tamaşaçılara təqdim olunmuşdur. Bununla yanaşı "İctimai" TV-nin "Təhlükəsiz yol" verilişində 24, "ANS" radio kanalının "Svetofor" verilişində 16 dəfə çxış təşkil olunaraq dinləyicilərin sualları cavablandırılmışdır.
Bütövlükdə 9 ay ərzində respublikanın dövlət və müstəqil telekanallarında 40-a yaxın veriliş və sücetlər hazırlanıb efirə verilmiş, radio kanallarında 29 dəfə çıxış edilmiş, qəzetlərdə mütəmadi olaraq müxtəlif mövzularda 16 məqalə çap olunmuşdur.
Bundan əlavə 9 ay ərzində hərəkətin təhlükəsizliyinin təmin olunması mövzularında, o cümlədən YNH-nin baş verməsinə səbəb olan qayda pozuntularının izahına dair 20 animasiya hazırlanaraq dövlət və müstəqil televiziya kanallarında yayımlanmışdır.
AzTV-nin "Xəbərlər" proqramında Bakı şəhərinin yol ayrıclarında quraşdırılmış müşahidə kameralardan istifadə olunmaqla mövcud hərəkət sıxlıqları, qeydə alınmış YNH-ləri barədə əhaliyə gündəlik olaraq məlumatların verilməsi davam etdirilmiş və qayda pozuntuları üzrə müvafiq tədbirlər görülmüşdür.

Uşaq yol-nəqliyyat travmatizminin profilaktikası tədbirləri xüsusi diqqət mərkəzində saxlanılmış, Təhsil Nazirliyi ilə birgə məktəblilər arasında bu mövzuda rəsm müsabiqəsi keçirilmiş, qaliblər mükafatlandırılmışdır.
Qazaxıstan Respublikası Daxili İşlər Nazirliynin təşəbbüsü ilə cari ilin may ayının 26-dan iyun ayının 3-nə kimi Şərqi-Qazaxıstan vilayətinin Üst-Kamenqorsk şəhərində keçirilən Gənc Hərəkət İnspektorları dəstələrinin dövlətlərarası yığıncağında 10 nəfər məktəbli şagirddən  ibarət Azərbaycan komandası iştirak etmiş və 16 komanda arasında uğurla çıxış edərək 3-cü yerə layiq görülmüşlər.
Sentyabr ayının 10-dan "Diqqət uşaqlar" devizi altında təhlükəsizlik aylığının keçirilməsinə başlanmış və aylıqla bağlı müvafiq tədbirlərin keçirilməsi barədə DİN-in göstərişi hazırlanaraq yerlərə göndərilmişdir.

Baş idarənin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən 2009-cu ilin aprel ayının 15-dən may ayının 15-dək Bakı və Sumqayıt şəhərlərinin 35 avtonəqliyyat müəssisəsində keçirilmiş yoxlamalar zamanı 119, xəttdə yoxlamalar zamanı 1248 avtomobilin işlənmiş qazlarında zərərli maddələrin miqdarının artıq olduğu müəyyən edilmiş, nəticəsi üzrə ANM-nə 7500 manat məbləğində cərimə tətbiq edilmiş, nəqliyyat vasitələrinin sürücüləri isə müvafiq qaydada inzibati məsuliyyətə cəlb edilmişlər.
Avqust ayının 1-dən 31-dək respublika ərazisində "Təmiz hava" aylığı keçirilmişdir. Aylıq ərzində  84 iri avtomobil təsərrüfatında və yollarda aparılan yoxlamalar zamanı 4204 avtomobilin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilmişdir.
Ümumiyyətlə 2009-cu ilin 9 ayı ərzində aparılan yoxlamalar nəticəsində 7366-dək avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkar olunaraq müvafiq iinzibati tədbirlər görülmüşdür.

Baş İdarənin əməkdaşları tərəfindən 2009-cu ilin 9 ayı ərzində ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürüclük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılmış, 59698 avtomobil ilkin qeydiyyata alınmış, 98694 sürücülük vəsiqəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında" 1994-cü il tarixli  Fərmanından irəli gələn vəzifələri rəhbər tutaraq hesabat dövründə DYP əməkdaşları tərəfindən 20 ədəd Kalaşnikov avtomatı, 8 ədəd müxtəlif tip  tapança, 8 ədəd ov tüfəngi, 11 ədəd əl qumbarası, 1 ədəd pulemyot, 5158 ədəd müxtəlif kalibrli patron və s. aşkar  edilərək  istintaq  orqanlarına təhvil  verilmişdir.  
Hesabat dövründə  axtarışda olan 20  şəxs (o cümlədən 8 nəfər BDYPİ RQİŞ tərəfindən)  yaxalanmışdır.
 
Cari  9 ayı ərzində polisin digər xidmətləri ilə birgə 25 fakt üzrə 79 kq 254,5 qram narkotik maddə və 47 çətənə kolu aşkar olunmuşdur.
2009-cu ilin 9 ayı ərzində BDYPİ-nə nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə 109 məlumat daxil olmuşdur ki, onlardan 98-i açılmışdir. BDYPİ-nin qeydiyyat-imtahan hissələrində vətəndaşlara sürücülük vəsiqələrinin verilməsi və  avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 8 nəfər saxlanılaraq təhqiqat orqanlarına təhvil verilmişdir. Bununla yanaşı axtarışda olan 29 avtomobil, habelə aqreqat nömrələrinin qeydiyyat  sənədləri ilə uyğunsuzluğu üzrə 359 fakt  aşkar  olunaraq  materiallar araşdırılması üçün təhqiqat  orqanlarına  göndərilmişdir.

Baş İdarənin əmkdaşı polis serjantı F.Mayılov 2009-cu ilin may ayının 28-dən iyun ayının 03-dək Bolqarıstan dövlətinin Sofiya şəhərində keçirilən “Kunq-fu” üzrə Avropa Çempionatında birinci yer tutataraq qızıl medal əldə etmişdir.
DİN BDYP İdarəsi Azərbaycan Respublikasının DİN-in kollegiya qərarlarını, əmr və göstərişlərini rəhbər tutaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində tədbirlərini davam etdirir.

xəbərlərin arxivi