Məlumatlar 04 aprel 2018-ci il

Gürcüstan Respublikasına səfərə gedən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə

2009-cu ilin 9 ayı ərzində respublika ərazisində qeydə alınan YNH

19 oktyabr 2009-cu il

Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində keçirilmiş  profilaktik  tədbirlər nəticəsində bütövlükdə respublika üzrə qəzalığın vəziyyəti nəzarətdə saxlanılmışdır.

Hesabat dövrü ərzində Respublika ərazisində 1975 YNH-si qeydə alınmış, nəticədə 642 nəfər həlak olmuş, 2104 nəfər yaralanmışır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 39 (1,9%), 48 (6,9%) və 101 (4,6%) azalmışdır.
DİN BDYPİ YPA-nın xidmət ərazisində hesabat dövründə 354 YNH-i qeydə alınmış, nəticədə 166 nəfər həlak olmuş, 388 nəfər  yaralanmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 49 (12,2%), 52 (23,9%) və 100 (20,5%) azalmışdır.

Bakı şəhəri ərazisində 826 YNH-si qeydə alınmış və bunların nəticəsində 236 nəfər həlak olmuş, 858 nəfər yaralanmışdır. 2008-ci ilin 9 ayı  ilə müqayisədə YNH-nin həlak olanların və yaralananların sayı uyğun olaraq 150 (15,4%), 7(2,9%) və 233 (21,4%) azalmışdır.
Respublika üzrə qeydə alınmış YNH-nin 91,5%-i (1807) sürücülərin YHQ pozmaları, YNH-nin 42,4%-i (837) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 25,8,1%-i (509) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 6,6%-i (131) yolayrıclarını keçmə qaydalarının pozulması, 3,2%-i (63) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. YNH-nin 38,2%-ni (754) piyadaların vurulması təşkil etmiş, nəticədə 227 piyada həlak olmuş, 580 yaralanmışdır. 102 YNH-si piyadaların YHQ pozmaları nəticəsində baş vermişdir. Respublika üzrə qeydə alınmış YNH-ləri nəticəsində 67 nəfər uşaq və yeniyetmə həlak olmuş, 194 nəfər yaralanmışdır. Həlak olanların 36, yaralananların isə 120 nəfəri piyadalardır. Ümumiyyətlə qeydə alınmış YNH-ləri nəticəsində həlak olmuş 642 nəfərdən 508-ü kişilər, 134-i qadınlar, xəsarət almış 2104 nəfərdən isə 1591-nu kişilər, 513-ni qadınlar təşkil etmişlər.

2009-cu ilin 9 ayı ərzində respublika ərazisində 12 nəfərin həlak olması və 53 nəfərin yaranlanması ilə nəticələnmiş 63 YNH-si bağlı qalmışdır. Yeni yaranan istintaq şöbəsi tərəfindən YPXA-nın xidmət ərazisində baş vermiş 357 fakt üzrə müvafiq təhqiqat aparılmış, 127 fakt üzrə cinayət işi başlanmışdır.
xəbərlərin arxivi