Elanlar 31 iyul 2010-cu il

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatı

Avqust ayının 1-dən 31-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində «Təmiz hava» aylığı keçirəcək.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin yol hərəkəti iştirakçılarına Müraciəti

18 mart 2010-cu il

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin yol hərəkəti iştirakçılarına

MÜRACİƏTİ

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarının nəzərinə çatdırır ki, Novruz bayramı ilə əlaqədar bayram və istirahət günlərində gücləndirilmiş iş rejimində işləməklə yanaşı, sürücülük vəsiqələrinin dəyişdirilməsi,nəqliyyat vasitələrinin qeydiyyata və təkrar qeydiyyata alınması və digər qeydiyyat hərəkətlərinin aparılması, avtomobillərin texniki baxışdan keçirilməsikimi fəaliyyətini hər gün saat 9-00-dan 18-00-dək Baş Dövlət Yol Polisi İdarəsinin yerlərdəki bütün İmtahan qeydiyyat şöbələrində həyata keçirəcəkdir.

Hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin təmin edilməsi, mənzil başına sağ-salamat çatması və bayramlarının xoş əhval ruhiyyə ilə keçirilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını son dərəcə diqqətli olmaqla yol hərəkəti qaydalarına ciddi riayət etməyə dəvət edir. 


Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi


xəbərlərin arxivi