Məlumatlar 04 aprel 2018-ci il

Gürcüstan Respublikasına səfərə gedən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə

2010-cu ilin 6 ayı ərzində hərəkətin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

26 iyul 2010-cu il

Azərbaycan Respublikası DİN-in kollegiya qərarlarının, əmr və göstərişlərinin tələblərini, habelə iş planlarını rəhbər tutaraq DİN BDYP idarəsi və onun yerlərdəki bölümləri tərəfindən 2010-cu ilin 1-ci yarımili ərzində respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və xidməti intizamın möhkəmləndirilməsi istiqamətində bir sıra  təşkilati və  profilaktik tədbirlər həyata keçirilmişdir.

2010-cu ilin 1-ci yarımili ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 471639 YHQ pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə  edilməsi üzrə 11216, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 56953, ötmə qaydalarının pozulması üzrə 7229 yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 20303, sərnişin daşıma qaydalarının pozulması üzrə 2825 fakt aşkar etmişlər. YHQ pozuntusuna görə 45715 sürücü yerində cərimə olunmuş, 1400 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılmışdır.

Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində keçirilmiş profilaktik  tədbirlər nətiicəsində bütövlükdə respublika üzrə qəzalığın vəziyyəti nəzarətdə saxlanılmışdır. Hesabat dövrü ərzində Respublika ərazisində 1160 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 376 nəfər həlak olmuş, 1204 nəfər yaralanmışır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin sayı 42 (3,5%), yaralananların sayı 66 nəfər (5,2%) azalmış, həlak olanların sayı isə 6 nəfər (1,6%) artmışdır.

DİN BDYPİ YPXA-nın xidmət ərazisində hesabat dövründə 168 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 86 nəfər həlak olmuş, 185 nəfər yaralanmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 49 (22,6%), 8 (8,5%) və 40 (17,8%) azalmışdır.
Bakı şəhəri ərazisində 497 yol-nəqliyyat hadisəsi qeydə alınmış və bunların nəticəsində 162 nəfər həlak olmuş, 461 nəfər yaralanmışdır. 2009-cu ilin 1-ci yarımili ilə müqayisədə YNH-nin və yaralananların sayı uyğun olaraq 5 (0,9%) və 33 (6,7%) azalmış, həlak olanların sayı isə 16 (10,9%) artmışdır.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 94,4%-i (1095) sürücülərin YHQ pozmaları, o cümlədən 42,4%-i (492) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 24,3%-i (282) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8,4%-i (98) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,3%-i (28) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. YNH-nin 39,6%-ni (459) piyadaların vurulması təşkil etmiş, nəticədə 146 piyada həlak olmuş, 360 yaralanmışdır. 40 YNH-si piyadaların YHQ pozmaları  nəticəsində baş vermişdir. Respublika üzrə qeydə alınmış YNH-ləri nəticəsində 25 nəfər uşaq və yeniyetmə həlak olmuş, 102 nəfər yaralanmışdır. Həlak olanların 17, yaralananların isə 69 nəfəri piyadalardır. Ümumiyyətlə qeydə alınmış YNH-ləri nəticəsində həlak olmuş 376 nəfərdən 295-i kişilər, 81-i qadınlar, xəsarət almış 1204 nəfərdən isə 898-ni kişilər, 306-nı qadınlar təşkil etmişlər.

2010-cu ilin 1-ci yarımili ərzində respublika ərazisində 8 nəfərin həlak olması və 16 nəfərin yaranlanması ilə nəticələnmiş 24 YNH-si bağlı qalmışdır. Bu hadisələrdən 15-i Bakı şəhər BPİ-nin, 2-i Sumqayıt, 3-ü Abşeron, 1-i Şirvan, 1-i Astara, 1-i Goranboy şəhər-rayon polis orqanlarının 1-i isə Ekoloji Nəzarət Yol Patrul Xidməti Bölüyünün xidməti ərazilərində qeydə alınmışdır.

Azərbaycan Respublikası Prezidentinin «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında» 1994-cü il tarixli  Fərmanından irəli gələn vəzifələri rəhbər tutaraq hesabat dövründə DYP əməkdaşları tərəfindən 7 ədəd Kalaşnikov avtomatı, 3 ədəd tapança, 2 ədəd «TOZ» markalı tüfəng, 2 ədəd ov tüfəngi, 5 ədəd əl qumbarası, 1821 ədəd müxtəlif kalibrli patron, 12 ədəd müxtəlif tip silah darağı və s. aşkar edilərək istintaq orqanlarına təhvil verilmişdir. Bu sahədə Naxçıvan MR (Babək), İsmayıllı, Şamaxı, Samux, Qobustan, Quba, Qusar, Laçın, Zaqatala, Mingəçevir, Şəki Ş(R)PŞ DYPB-nin əməkdaşları fərqlənmişlər.

Hesabat dövründə  axtarışda olan 6 nəfər  yaxalanmışdır.
2010-cu ilin 1-ci yarımili ərzində polisin digər xidmətləri ilə birgə 23 fakt üzrə 44 kq-dan çox narkotik maddə aşkar olunmuşdur. Bu sahədə Biləsuvar, Cəlilabad, Tərtər, Xızı, Şamaxı, Astara RPŞ DYPB, paytaxtın Qaradağ, Sabunçu, Yasamal RPİ DYPŞ-nin əməkdaşları fərqlənmişlər.

2010-cu ilin 1-ci yarımili ərzində BDYPİ-nə nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə 70 məlumat daxil olmuşdur ki, onlardan 62-i tapılmış, açılma faizi 88.5 % təşkil etmişdir. BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 60 avtomobil, habelə aqreqat nömrələrinin qeydiyyat  sənədləri ilə uyğunsuzluğu üzrə 212 fakt  aşkar  olunaraq materiallar araşdırılması üçün təhqiqat  orqanlarına  göndərilmişdir.

DİN BDYP İdarəsi Azərbaycan Respublikasının DİN-in kollegiya qərarlarını, əmr və göstərişlərini rəhbər tutaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində tədbirlərini davam etdirir.

xəbərlərin arxivi