Məlumatlar 25 yanvar 2018-ci il

2017-ci il ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

2010-cu ilin 9 ayı ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

15 oktyabr 2010-cu il


Azərbaycan Respublikası DİN-in kollegiya qərarlarının, əmr və göstərişlərinin tələblərini, habelə iş planlarını rəhbər tutaraq DİN BDYP idarəsi və onun yerlərdəki bölümləri tərəfindən 2010-cu ilin 9 ayı ərzində respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və xidməti intizamın möhkəmləndirilməsi istiqamətində bir sıra  təşkilati və  profilaktik tədbirlər həyata keçirilmişdir.

2010-cu ilin 9 ayı ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 761017 YHQ pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə  edilməsi üzrə 17399, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 96231, ötmə qaydalarının pozulması üzrə 17275, yolayrıcılarının keçilməsi qaydalarının pozulması üzrə 38030, sərnişin daşıma qaydalarının pozulması üzrə 5336 fakt aşkar etmişlər. YHQ pozuntusuna görə 81268 sürücü yerində cərimə olunmuş, 2244 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılmışdır. 

Hesabat dövrü ərzində Respublika ərazisində 1906 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 640 nəfər həlak olmuş, 1990 nəfər yaralanmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin sayı 69 (3,5%), 2 nəfər (0,3%), yaralananların sayı 114 nəfər (5,4%) azalmışdır. 
DİN BDYPİ YPXA-nın xidmət ərazisində hesabat dövründə 290 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 163 nəfər həlak olmuş, 301 nəfər yaralanmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 64 (18,1%), 3 (1,8%) və 87 (22,4%) azalmışdır.
Bakı şəhəri ərazisində 755 yol-nəqliyyat hadisəsi qeydə alınmış və bunların nəticəsində 247 nəfər həlak olmuş, 745 nəfər yaralanmışdır. 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin və yaralananların sayı uyğun olaraq 71 (8,6%) və 113 (13,2%) azalmış, həlak olanların sayı isə 11 (4,7%) artmışdır.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 93,7%-i (1786) sürücülərin YHQ pozmaları, o cümlədən 42,8%-i (816) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 23,7%-i (452) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8 %-i (154) yolayrıcılarını keçmə qaydalarının pozulması, 2,5%-i (47) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. YNH-nin 37,9%-ni (723) piyadaların vurulması təşkil etmiş, nəticədə 228 piyada həlak olmuş, 558-i yaralanmışdır. 77 YNH-si piyadaların YHQ pozmaları  nəticəsində baş vermişdir. Respublika üzrə qeydə alınmış YNH-ləri nəticəsində 50 nəfər uşaq və yeniyetmə həlak olmuş, 197 nəfər yaralanmışdır. Həlak olanların 32, yaralananların isə 112 nəfəri piyadalardır. Ümumiyyətlə qeydə alınmış YNH-ləri nəticəsində həlak olmuş 640 nəfərdən 517-i kişilər, 123-ü qadınlar, xəsarət almış 1990 nəfərdən isə 1480-ni kişilər, 510-nu qadınlar təşkil etmişlər.
 
Hesabat dövründə DYP əməkdaşları tərəfindən axtarışda olan 11 nəfər  yaxalanmış, 9 ədəd Kalaşnikov avtomatı, 5 ədəd tapança, 2 ədəd «TOZ» markalı tüfəng, 3 ədəd ov tüfəngi, 5 ədəd əl qumbarası, 1864 ədəd müxtəlif kalibrli patron, 13 ədəd müxtəlif tip silah darağı və s. aşkar edilərək istintaq orqanlarına təhvil verilmişdir.   2010-cu ilin 9 ayı ərzində polisin digər xidmətləri ilə birgə 37 fakt üzrə 44 kq 560 qram narkotik maddə aşkar olunmuşdur. Bu müddət ərzində BDYPİ-nə nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə 122 məlumat daxil olmuşdur ki, onlardan 110-u tapılmış, açılma faizi 90,1 % təşkil etmişdir. BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 68 avtomobil, habelə aqreqat nömrələrinin qeydiyyat  sənədləri ilə uyğunsuzluğu üzrə 286 fakt aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat  orqanlarına göndərilmişdir.

DİN BDYP İdarəsi Azərbaycan Respublikasının DİN-in kollegiya qərarlarını, əmr və göstərişlərini rəhbər tutaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində tədbirlərini davam etdirir. 
xəbərlərin arxivi