Məlumatlar 12 noyabr 2018-ci il

Bakı şəhərində yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinin və sürücülərinin nəzərinə

2010-cu il ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən işlər barədə

19 yanvar 2011-ci il

Azərbaycan Respublikası DİN-in kollegiya qərarlarının, əmr və göstərişlərinin tələblərini, habelə iş planlarını rəhbər tutaraq DİN BDYP idarəsi və onun yerlərdəki bölümləri tərəfindən 2010-cu il ərzində respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və xidməti intizamın möhkəmləndirilməsi istiqamətində bir sıra  təşkilati və  profilaktik tədbirlər həyata keçirilmişdir.

2010-cu il ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 965231 YHQ pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə  edilməsi üzrə 21462, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 117152, ötmə qaydalarının pozulması üzrə 18143, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 54990, sərnişin daşıma qaydalarının pozulması üzrə 6319 fakt aşkar etmişlər. YHQ pozuntusuna görə 3506 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılmışdır. YHQ pozuntularına görə tətbiq edilən cərimələrdən 15 milyon 138 min 064 manat ödənilməsi təmin edilmişdir.

Baş İdarənin əməkdaşları tərəfindən 2010-cu il ərzində hüquqi və fiziki şəxslərə məxsus olan  nəqliyyat vasitələrinin  qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılmış, 60770 avtomobil ilkin qeydiyyata alınmış, 59087 sürücülük vəsiqəsi verilmişdir.

Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində keçirilmiş profilaktik tədbirlər nəticəsində bütövlükdə respublika üzrə qəzalığın vəziyyəti nəzarətdə saxlanılmışdır. Hesabat dövrü ərzində Respublika ərazisində 2721 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 925 nəfər həlak olmuş, 2871 nəfər yaralanmışdır. Ötən illə müqayisədə YNH-nin sayı 71 (2,5%), həlak olanların sayı 5 nəfər (0,5%), yaralananların sayı 173 nəfər (5,7%) azalmışdır.
DİN BDYPİ YPXA-nın xidmət ərazisində hesabat dövründə 455 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 238 nəfər həlak olmuş, 489 nəfər yaralanmışdır. Ötən illə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 33 (6,8%), 2 (0,8%) və 55 (10,1%) azalmışdır.
Bakı şəhəri ərazisində 1119 yol-nəqliyyat hadisəsi qeydə alınmış və bunların nəticəsində 342 nəfər həlak olmuş, 1115 nəfər yaralanmışdır. 2009-cu illə müqayisədə YNH-nin və yaralananların sayı uyğun olaraq 40 (3,5%) və 126 (10,2%) azalmış, həlak olanların sayı isə 17 (5,2%) artmışdır.
Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 93,1%-i (2534) sürücülərin YHQ pozmaları, o cümlədən 42,3%-i (1150) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 23,6%-i (642) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 7,4 %-i (203) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,4%-i (65) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. YNH-nin 39,8%-ni (1084) piyadaların vurulması təşkil etmiş, nəticədə 333 piyada həlak olmuş, 837-i yaralanmışdır. 99 YNH-si piyadaların YHQ pozmaları nəticəsində baş vermişdir. Respublika üzrə qeydə alınmış YNH-ləri nəticəsində 76 nəfər uşaq və yeniyetmə həlak olmuş, 270 nəfər yaralanmışdır. Həlak olanların 43, yaralananların isə 163 nəfəri piyadalardır. Ümumiyyətlə qeydə alınmış YNH-ləri nəticəsində həlak olmuş 925 nəfərdən 744-ü kişilər, 181-i qadınlar, xəsarət almış 2871 nəfərdən isə 2131-ni kişilər, 740-nı qadınlar təşkil etmişlər.

Hesabat dövründə DYP əməkdaşları tərəfindən axtarışda olan 21 nəfər  yaxalanmış, 11 ədəd Kalaşnikov avtomatı, 8 ədəd tapança, 2 ədəd «TOZ» markalı tüfəng, 5 ədəd ov tüfəngi, 5 ədəd əl qumbarası, 2814 ədəd müxtəlif kalibrli patron, 18 ədəd müxtəlif tip silah darağı və s. aşkar edilərək istintaq orqanlarına təhvil verilmişdir. 
2010-cu il ərzində polisin digər xidmətləri ilə birgə 50 fakt üzrə 45,739 kq  narkotik maddə aşkar olunmuşdur. Bu müddət ərzində BDYPİ-nə nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə 160 məlumat daxil olmuşdur ki, onlardan 148-i tapılmış, açılma faizi 92,5 % təşkil etmişdir. BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 30 nəfər şəxs və 81 avtomobil saxlanılmış, habelə aqreqat nömrələrinin qeydiyyat  sənədləri ilə uyğunsuzluğu üzrə 346 fakt aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat  orqanlarına  göndərilmişdir.

DİN BDYP İdarəsi Azərbaycan Respublikasının DİN-in kollegiya qərarlarını, əmr və göstərişlərini rəhbər tutaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində tədbirlərini davam etdirir.


xəbərlərin arxivi