Məlumatlar 04 aprel 2018-ci il

Gürcüstan Respublikasına səfərə gedən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə

16 mart 2011-ci il tarixdə Bakı-Qazax-Gürcüstan yolunun 87-ci km-də 4 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdir

17 mart 2011-ci il

16 mart 2011-ci il tarixdə saat təxminən 18:40 radələrində Bakı-Qazax-Gürcüstan yolunun Hacıqabul rayonu, Atbulaq kəndi ərazisindən keçən 87-ci km-də  1939-cu ildə Füzuli rayonunda anadan olmuş, Səfxanov Telman Bəhram oğlu Bakı şəhəri istiqamətində idarə etdiyi VAZ-2101  markalı 50-BA-879 qeydiyyat nişanlı avtomobili yolda inşa edilmiş körpünün orta beton səddinə vurmuş, nəticədə sürücü Telman Səfxanov, həmin avtomobildə olan sərnişinlər, Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Əliyeva Ruhiyyə Akif qızı, onun həyat yoldaşı, 1973-cü il təvəllüdlü Rəhimli Sadiq Əkbər oğlu və onların oğlu 2000-ci il təvəllüdlü Rəhimli Cavid Sadiq oğlu aldıqları bədən xəsarətlərindən hadisə yerində ölmüş, həmin avtomobildə olan digər sərnişin, Saatlı rayonu Nərimankənd kəndində yaşayan, 1977-ci il təvəllüdlü Rəhimli Validə Qərib qızı isə müxtəlif bədən xəsarətləri alaraq Şirvan Mərkəzi Şəhər Xəstəxanasına çatdırılmışdır.


xəbərlərin arxivi