Məlumatlar 04 aprel 2018-ci il

Gürcüstan Respublikasına səfərə gedən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə

27 mart 2011-ci il tarixdə Ələt-Astara-İran sərhəddi yolunun 47-ci km-də 2 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdir

28 mart 2011-ci il

27 mart 2011-ci il tarixdə saat təxminən 11:00 radələrində Ələt-Astara-İran sərhəddi yolunun Salyan rayonu ərazisindən keçən 47-ci km-də 1971-ci il təvəllüdlü Bakı şəhər sakini Məmmədov Adil Nəsir oğlu Astara rayonu istiqamətində idarə etdiyi VAZ-21074 markalı 10-VS-479 qeydiyyat nişanlı avtomobil 1974-cü il təvəllüdlü Cəlilabad rayon sakini Əliyev Seyran Balaş oğlunun idarə etdiyi VAZ-2106  markalı 44-BE-218 qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə hər iki avtomobilin sürücüsü hadisə yerində ölmüş, VAZ-21074 markalı avtomobildə olan sərnişinlər, Bakı şəhər sakini 1969-cu il təvəllüdlü Quliyev Rüfət Nemət oğlu, VAZ-2106  markalı avtomobildə olan sərnişinlərdən isə 1983-cü il təvəllüdlü Neftçala rayon sakinləri Dadaşova Könül Cəfərağa qızı, 2007-ci il təvəllüdlü Əhmədova Nadirə Aydın qızı, 1983-cü il təvəllüdlü Əhmədova Pərvanə Süleyman qızı, 1959-cu il təvəllüdlü Mehdiyeva Mehriban Balaş qızı və Cəlilabad rayon sakini 1977-ci il təvəllüdlü Kərimova Rəqsanə Umud qızı müxtəlif bədən xəsarətləri alaraq Salyan Mərkəzi Şəhər Xəstəxanasına çatdırılmışlar. Onlardan Əhmədova Nadirə Aydın qızı ilk tibbi yardım aldıqdan sonra evə buraxılmışdır.
xəbərlərin arxivi