13 aprel 2011-ci il tarixdə Xəzər rayonu, Qala qəsəbəsi ərazisində 3 nəfərin ölümü və 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdir

14 aprel 2011-ci il

13 aprel 2011-ci il tarixdə saat 14:00 radələrində Xəzər rayonu, Qala qəsəbəsi ərazisində 1990-cı il təvəllüdlü Bakı şəhəri, Zirə qəsəbə sakini Fərəcov Mətləb Atabala oğlu idarə etdiyi VAZ-2107 markalı 90 KP 527 dövlət qeydiyyat nişanlı  avtomobillə yolun əks istiqamətli hərəkət zolağına çıxaraq şossenin kənarında dayanmış Toyota-Prado markalı 10 UL 969 dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Qəza nəticəsində sürücünün özü və onun sərnişinləri, 1954-cü il təvəllüdlü Bakı şəhəri, Zirə qəsəbə sakini Babayeva Miyasət İsmayıl qızı, 1969-cu il təvəllüdlü, Astara rayon sakini Camalova Yeganə İsmayıl qızı hadisə yerində ölmüş, digər sərnişin 1987-ci il təvəllüdlü, Bakı şəhəri, Zirə qəsəbə sakini  Əzizov Bəxtiyar Əmir oğlu isə xəsarət alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilmişdir.


xəbərlərin arxivi