19 aprel 2011-ci il tarixdə Lənkəran rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdir

19 aprel 2011-ci il

19 aprel 2011-ci il tarixdə saat 03:30 radələrində Ələt-Astara yolunun İran sərhədi avtomobil yolunun Lənkəran rayonundan keçən 214-cü kilometrliyində 1977-ci il təvəllüdlü, Astara rayonunun Siyakü kənd sakini Ziyadov Etibar Salman oğlu idarə etdiyi Mersedes-benz C-180 markalı, 90 FS 642 dövlət qeydiyyat nişanlı avtomobillə Astara istiqamətində hərəkətdə olan zaman sola istiqamətlənib yoldan çıxaraq dirəklərə və ağaclara çırpılaraq aşmış, nəticədə sürücü və avtomobildə olmuş 1978-ci il təvəllüdlü Astara rayonunun Siyakü kənd sakini Zaidov Tərlan Xosaxan oğlu hadisə yerində ölmüşlər.









xəbərlərin arxivi