24 aprel 2011-ci il tarixdə Bakı-Quba-Dağıstan sərhədi yolunun 42,8-ci km-də 3 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdir

25 aprel 2011-ci il

24 aprel 2011-ci il tarixdə saat təxminən 23:00 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Sumqayıt rayonu ərazisindən keçən 42,8-ci km-də 1981-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Sultanov Əfqan Firudin oğlunun idarə etdiyi VAZ-21120 markalı, 10-MO-114 dövlət qeydiyyat nişanlı avtomobillə 1980-ci il təvəllüdlü Xaçmaz şəhər sakini Şeydayev Elşən Rafiq oğlunun idarə etdiyi Mersedes markalı, 90-EK-712 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə VAZ-21120 markalı avtomobilin sürücüsü və sərnişinləri, Sumqayıt şəhəri sakini, 1988-ci il təvəllüdlü Əliyeva Aybəniz Şərafət qızı, Sumqayıt şəhər sakini 1986-cı il təvəllüdlü Rəhimov Rafiq Mehdi oğlu hadisə yerində ölmüş, digər sərnişinlər, Quba rayon sakini 1981-ci il təvəllüdlü Kərimov Rüfət Teymur oğlu, Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Nağıyeva Aytən Vaqif qızı, Siyəzən rayon sakini 1988-ci il təvəllüdlü Rəhmanov Vasif Fazil oğlu, həmçinin Mersedes markalı avtomobilin sürücüsü və sərnişini 1985-ci il təvəllüdlü Şeydayev Raiq Rafiq oğlu müxtəlif bədən xəsarətləri alaraq Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasına çatdırılmışlar.


xəbərlərin arxivi