25 aprel 2011-ci il tarixdə Bakı-Quba-Dağıstan sərhədi yolunun 89-cu km-də 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdir

25 aprel 2011-ci il

25 aprel 2011-ci il tarixdə saat 01:20 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Siyəzən rayonu ərazisindən keçən 89-cu km-də 1967-ci il təvəllüdlü Xaçmaz şəhər sakini Məmmədov Tanrıverdi Ərşad oğlu idarə etdiyi Mersedes markalı 90-EE-102 dövlət qeydiyyat nişanlı avtomobili yolun ortasındakı dəmir çəpərə çırpmışdır. Nəticədə sürücü və onun həyat yoldaşı 1975-ci il təvəllüdlü Məmmədova Vəfa Dadaş qızı xəsarət almış, avtomobildə olan digər sərnişinlər 1976-cı il təvəllüdlü Siyəzən şəhər sakini Məmmədov Xəyyam Ərşad oğlu və onun həyat yoldaşı 1976-cı il təvəllüdlü Məmmədova Ülviyyə Vaqif qızı hadisə yerində ölmüşlər.




xəbərlərin arxivi