Məlumatlar 25 yanvar 2018-ci il

2017-ci il ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

2011-ci ilin 3 ayı ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülmüş işlər barədə

26 aprel 2011-ci il

Azərbaycan Respublikası DİN-in kollegiya qərarlarının, əmr və göstərişlərinin tələblərini, habelə iş planlarını rəhbər tutaraq DİN BDYP İdarəsi və onun yerlərdəki bölümləri tərəfindən 2011-ci ilin 3 ayı ərzində respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və xidməti  intizamın  möhkəmləndirilməsi istiqamətində bir sıra təşkilati və  profilaktik  tədbirlər həyata keçirilmişdir.

2011-ci ilin 3 ayı ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 193863 YHQ pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 3371, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 21095, ötmə qaydalarının pozulması üzrə 2230, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 17147, sərnişin daşıma qaydalarının pozulması üzrə 1293 fakt aşkar etmişlər. YHQ pozuntusuna görə 29011 sürücü yerində cərimə olunmuş, 992 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılmışdır. YHQ pozuntularına görə tətbiq edilən cərimələrdən 3.500.235 manat ödənilməsi təmin edilmişdir.

Baş İdarənin əməkdaşları tərəfindən 2011-ci ilin I rübü ərzində hüquqi və fiziki şəxslərə məxsus olan  nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılmış, 13313 avtomobil ilkin qeydiyyata alınmış, 9866 sürücülük vəsiqəsi verilmişdir.

Rüb ərzində Respublika ərazisində 697 YNH-si qeydə alınmış, nəticədə 204 nəfər həlak olmuş, 730 nəfər yaralanmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin sayı 180 (34,8%), həlak olanların sayı isə 25 nəfər (13,9%), yaralananların sayı isə 212 nəfər (40,9%) artmışdır.
   
Bakı şəhəri ərazisində 374 YNH-si qeydə alınmış və bunların nəticəsində 91 nəfər həlak olmuş, 379 nəfər yaralanmışdır. 2010-cu ilin 1-ci rübü ilə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 129 (52,7%), 3 (3,4%) və 148 (64,1%) artmışdır.

Respublika üzrə qeydə alınmış YNH-nin 90,7%-i (632) sürücülərin YHQ pozmaları, o cümlədən 43%-i (300) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 20,5%-i (143) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 9,3%-i (65) yolayrıclarını keçmə qaydalarının pozulması, 3%-i (21) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. YNH-nin 43,9%-ni (306) piyadaların vurulması təşkil etmiş, nəticədə 95 piyada həlak olmuş, 226-sı yaralanmışdır. 8 YNH-si piyadaların YHQ pozmaları nəticəsində baş vermişdir. Respublika üzrə qeydə alınmış YNH-ləri nəticəsində 17 nəfər uşaq və yeniyetmə həlak olmuş, 49 nəfər yaralanmışdır. Həlak olanların 10-u, yaralananların isə 30 nəfəri piyadalardır. Ümumiyyətlə qeydə alınmış YNH-ləri nəticəsində həlak olmuş 204 nəfərdən 160-ı kişilər, 44-ü qadınlar, xəsarət almış 730 nəfərdən isə 533-nü kişilər, 197-ni qadınlar təşkil etmişlər.

Hesabat dövründə DYP əməkdaşları tərəfindən axtarışda olan 8 nəfər  yaxalanmış, 1 ədəd Kalaşnikov avtomatı, 1 ədəd pnevmatik tüfəng, 622 ədəd müxtəlif kalibrli patron aşkar edilərək istintaq orqanlarına təhvil verilmişdir.
Polisin digər xidmətləri ilə birgə 12 fakt üzrə: 6 kq 626 qram (o cümlədən 6 kq 618 qram marixuana, 7,933 qram heroin) narkotik maddə aşkar olunmuşdur.
Bu müddət ərzində BDYPİ-nə 24 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olmuşdur ki, onlardan 21-i tapılmışdır.
DİN BDYP İdarəsi Azərbaycan Respublikasının DİN-in kollegiya qərarlarını, əmr və göstərişlərini rəhbər tutaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində tədbirlərini davam etdirir.
xəbərlərin arxivi