Məlumatlar 12 noyabr 2018-ci il

Bakı şəhərində yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinin və sürücülərinin nəzərinə

27 aprel 2011-ci il tarixdə Hacıqabul rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdir

27 aprel 2011-ci il

27 aprel 2011-ci il tarixdə saat 19:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Hacıqabul rayonu, Atbulaq qəsəbəsi ərazisindən keçən 88-ci km-də Şirvan şəhər sakini 1965-ci il təvəllüdlü Salmanov Murad Sabir oğlunun Bakı istiqamətində idarə etdiyi “Hyundai Sonata” markalı, 90 XB 096 dövlət qeydiyyat nişanlı avtomobili qarşı hərəkət zolağına çıxaraq əks istiqamətdə hərəkətdə olan, 1974-cü il təvəllüdlü Ukrayna Respublikası vətəndaşı Xudik Vadim Mikolayeviçin idarə etdiyi “Renault-Magnum” AE 430 markalı, VX 5513 VA dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuşdur. Nəticədə “Hyundai Sonata” markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişin, 1965-ci il təvəllüdlü Şirvan şəhər sakini Salmanova Kəmalə Zabil qızı aldıqları xəsarətlərdən hadisə yerində ölmüşlər.


xəbərlərin arxivi