Respublika ərazisində keçirilən “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi başa çatdı. Tədbir ərzində piyadaların vurulması ilə bağlı baş vermiş 25 yol-nəqliyyat hadisəsi zamanı 6 nəfər öldü, 21 nəfər yaralandı

10 may 2011-ci il

Daxili İşlər Nazirliyinin müvafiq əmrinə uyğun olaraq mayın 1-dən 7-dək respublika ərazisində keçirilən “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi başa çatdı. Tədbir ərzində piyadaların vurulması ilə nəticələnən 25 yol-nəqliyyat hadisəsi zamanı 6 nəfər öldü, 21 nəfər yaralandı. 1 piyadanın ölümü, 13-ün yaralanması ilə nəticələnən qəzalardan 12-si paytaxtda, 5 nəfərin ölümü, 8 nəfərin xəsarət alması ilə nəticələnən 13  yol-nəqliyyat hadisəsi isə respublika rayonlarında qeydə alınıb. Tədbir ərzində yol hərəkəti qaydalarını pozduğuna görə 985 piyada inzibati məsuliyyətə cəlb edilib.
xəbərlərin arxivi