Məlumatlar 04 aprel 2018-ci il

Gürcüstan Respublikasına səfərə gedən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə

17 may 2011-ci il tarixdə Salyan rayonu ərazisində 4 nəfərin ölümü, 1 nəfərin yaralanması, Xızı rayonu ərazisində isə 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş vermişdir

17 may 2011-ci il

17 may 2011-ci il tarixdə saat 08:20 radələrində Ələt-Astara-İran sərhədi yolunun Salyan rayonu ərazisindən keçən 49-cu km-də 1963-ci il təvəllüdlü İran İslam Respublikasının vətəndaşı Maghsadghaleh Mohammadtaghı Khosro oğlunun Ələt istiqamətində idarə etdiyi “İnternational” markalı, 15 A 424-10 qeydiyyat nişanlı yük avtomobili qarşı hərəkət zolağına çıxaraq əks istiqamətdə hərəkətdə olan, 1951-ci il təvəllüdlü Salyan rayon sakini Əhmədov Soltan Dadaş oğlunun  idarə etdiyi “Qaz-24” markalı, 52 BE 143 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuşdur. Nəticədə “Qaz-24” markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişin, 1965-ci il təvəllüdlü Salyan rayon sakini  Abbasov Farəddin Ağagül oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölmüş, həmin avtomobildə olan digər sərnişinlər 1983-cü il təvəllüdlü Ədilov Natiq Əzizağa oğlu, 1969-cu il təvəllüdlü İbrahimov Namiq Əmrah oğlu və 1997-ci il təvəllüdlü Abbasov Elvin Farəddin oğlu xəsarət alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsalar da Elvin Abbasov və Namiq İbrahimov aldıqları xəsarətlərdən xəstəxanada ölmüşlər.

Digər yol-nəqliyyat hadisəsi saat 08:15 radələrində Xızı rayonunun Sitalçay qəsəbəsi ərazisində yerləşən dəmiryol keçidində qeydə alınmışdır. 1957-ci il təvəllüdlü, Bakı şəhər sakini Hüseynov Fərhad Hüseyn oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, 10 ZT 218 dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı-Tümen marşrutu üzrə hərəkət edən qatarla toqquşmuşdur. Nəticədə avtomobilin sürücü və sərnişin 1959-cu il təvəllüdlü Hüseynov İlfan Cümşüd oğlu hadisə yerində ölmüşlər.
xəbərlərin arxivi