20 may 2011-ci il tarixdə Bakı-Qazax-Gürcüstan yolunun 114-cü km-də 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdir

21 may 2011-ci il

20 may 2011-ci il tarixdə saat təxminən 21:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonu ərazisindən keçən 114-cü km-də 1971-ci il təvəllüdlü Bakı şəhər sakini Əhədov Rafiq Qibləli oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı 10-ZP-670 dövlət qeydiyyat nişanlı avtomobil qarşı hərəkət zolağına çıxaraq əks istiqamətdə hərəkətdə olan 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Cahangirov Mahir Məhərrəm oğlunun idarə etdiyi VAZ-2106 markalı 10-HV-303 qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbədən “Mercedes-Benz” markalı avtomobil əks istiqamətə çevrilərək arxadan gələn 1962-ci il təvəllüdlü Şəki şəhər sakini Məmmədov Əliyar Əliş oğlunun idarə etdiyi Kamaz -53215 markalı 90-AJ-818 dövlət qeydiyyat nişanlı yük avtomobilinə dəymişdir. Qəza nəticəsində VAZ-2106 markalı avtomobilin sürücüsü və onun sərnişini 1969-cu il təvəllüdlü Sabirabad rayon sakini Cahangirova Yeganə Məhərrəm qızı hadisə yerində ölmüş, “Mercedes-Benz” markalı avtomobilin sürücüsü və VAZ-2106 markalı avtomobildə olan sərnişin, 1967-ci il təvəllüdlü Sabirabad rayon sakini Abbasova Xatirə Mürsəl qızı bədən xəsarətləri alaraq Şirvan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
xəbərlərin arxivi