Məlumatlar 25 yanvar 2018-ci il

2017-ci il ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

23 may 2011-ci il tarixdə Qaradağ rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərinsə yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdir

23 may 2011-ci il

23 may 2011-ci il tarixdə saat 00:35 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu ərazisindən keçən 51-ci km-də 1961-ci il təvəllüdlü, Kürdəmir rayon sakini Əliyev Telman Şəkər oğlu idarə etdiyi “Qaz-33021” markalı, 90-EA-743 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən, 1960-cı il təvəllüdlü, Ağdaş rayon sakini Novruzov Rasim Əsgər oğlunun idarə etdiyi “Qaz-52” markalı, 45-BG-341 dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı avtomobili arxadan vurmuşdur. Toqquşma nəticəsində “Qaz-33021” markalı avtomobildə olan sərnişinlər, Kürdəmir rayon sakinləri, 1981-ci il təvəllüdlü Hüseynov Xətai Tahir oğlu və 1985-ci il təvəllüdlü İslamov Ayaz Oqtay oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb, hər iki avtomobilin sürücüləri isə xəsarət alaraq Bakı şəhəri Kliniki Tibbi Mərkəzə çatdırılıblar.
xəbərlərin arxivi