Məlumatlar 25 yanvar 2018-ci il

2017-ci il ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

23 may 2011-ci il tarixdə paytaxtın Binəqədi rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması, Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonu ərazisindən keçən 106-cı km-də isə 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş vermişdir

24 may 2011-ci il

23 may 2011-ci il tarixdə saat 08:30 radələrində paytaxtın Binəqədi rayonu ərazisindəki Fatmayı bağlarının yaxınlığında 1974-cü il təvəllüdlü, Bakı şəhər sakini Məmmədov Cavanşir Mirzəfər oğlu idarə etdiyi VAZ 2107 markalı 23-BH-361 dövlət qeydiyyat nişanlı minik avtomobilini maneəyə vurmuşdur. Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən, Bakı şəhər sakinləri 1983-cü il təvəllüdlü Şahkərimov Samir Məmməd oğlu hadisə yerində, sürücü isə xəstəxanaya aparılarkən yolda ölmüş, 1976-cı il təvəllüdlü Hacıyev Namiq Alim oğlu bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə çatdırılmışdır.

Digər yol-nəqliyyat hadisəsi saat 17:30 radələrində Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonu ərazisindən keçən 106-cı km-də qeydə alınmışdır. 1982-ci il təvəllüdlü, Ağcabədi rayon sakini Məmmədov Bayram Şükür oğlu idarə etdiyi Nissan” markalı 10-ON-173 dövlət qeydiyyat nişanlı avtomobili maneəyə vurmuş, qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin, 1985-ci il təvəllüdlü Ağcabədi rayon sakini Əliyev Elməddin Rəhman oğlu hadisə yerində ölmüşlər.


xəbərlərin arxivi