Məlumatlar 25 yanvar 2018-ci il

2017-ci il ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Məlumatı

31 may 2011-ci il

Bakı şəhərində yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məqsədilə təmir-tikinti işlərinin aparılması paytaxtın bəzi ərazilərdə yolların nəqliyyat axınının buraxma qabiliyyətinə təsir etmişdir.

Digər tərəfdən dayanma-durma qaydalarını pozaraq avtomobillərini qadağan olunmuş yerlərdə saxlayan sürücülər həm şəhər sakinlərinin, həm də paytaxta gəlmiş qonaqların rahat və fasiləsiz hərəkətlərinə mane olmaqla tıxacların, eləcə də ləngimələrin əmələ gəlməsinə şərait yaradırlar.

Belə halların qarşısının alınması məqsədilə Baş DYP İdarəsi sürücülərdən xahiş edir ki, Bakı şəhərində nəqliyyatın sıxlığını nəzərə alaraq əhalinin küçə və yollarda təhlükəsiz hərəkətinin təmin olunması üçün yol nişanlarının, eləcə də nişanlanma xətlərinin tələblərinə riayət etsinlər. Əks təqdirdə bu qaydaları pozmuş fiziki və hüquqi şəxslər barəsində qanunvericiliyə uyğun olaraq ciddi tənbeh tədbirləri görüləcək.
xəbərlərin arxivi