Məlumatlar 25 yanvar 2018-ci il

2017-ci il ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 13 əməkdaşı daxili işlər nazirinin əmri ilə xidmətdən xaric olunub

22 iyun 2011-ci il

Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının iclasında verilmiş tapşırıqlarla əlaqədar cari il yanvarın 29-da Daxili İşlər Nazirliyində Tədbirlər Planı hazırlanaraq müvafiq göstərişlə icraya yönəldilmiş, habelə 2011-ci il fevralın 7-də keçirilmiş Naziryanı əməliyyat müşavirəsində vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyaya şərait yaradan halların tam aradan qaldırılması, bu sahəyə nəzarətin gücləndirilməsi haqda konkret tapşırıqlar verilmişdir. Bu istiqamətdə bir sıra məqsədyönlü tədbirlər keçirilməsinə, müsbət nəticələrin əldə olunmasına baxmayaraq, təəssüf ki, mövcud nöqsanlar tam aradan qaldırılmamışdır və korrupsiya hüquqpozmalarına meylli polis əməkdaşlarına hələ də rast gəlinir.
Həmin Planın icrası ilə əlaqədar bu günlərdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində yol  hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmiş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 13 əməkdaşı daxili işlər nazirinin əmri ilə xidmətdən xaric olunmuş, habelə tabelikdəki əməkdaşların fəaliyyətinə nəzarət və tələbkarlığı zəiflətdiklərinə görə 1 taqım komandiri tutduğu vəzifədən azad edilmiş, həmin Alayın 4 vəzifəli şəxsi barəsində isə ciddi intizam tədbirləri görülmüşdür.

xəbərlərin arxivi