Məlumatlar 04 aprel 2018-ci il

Gürcüstan Respublikasına səfərə gedən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə

22 iyun 2011-ci il tarixdə Abşeron rayonu ərazisində 2 nəfərin ölümü, 4 nəfərinsə yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

23 iyun 2011-ci il

22 iyun 2011-ci il tarixdə saat 22:05 radələrində Bakı-Yevlax yolunun 29-cu km-də Qobustan rayon sakini, 1962-ci il təvəllüdlü Şirinov Səlim İsa oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 10-NV-092 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Hacıyev Fəxrəddin Hacağa oğlunun idarə etdiyi “Qaz-31” markalı, 10-LU-861 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Toqquşma nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü və onun sərnişini 1957-ci il təvəllüdlü, Qobustan rayon sakini Rəncbərli Rübabə aldıqları xəsarətlərdən hadisə yerində ölüb, həmin avtomobildə xəsarət almış digər sərnişinlər, 1964-cü il təvəllüdlü, Qobustan rayon sakinləri İsmayılova Fəridə, Şirinova Gülbadam, 1984-cü il təvəllüdlü Eyyubova Rima və 2008-ci il təvəllüdlü Eyyubova Qələmşah Bakı şəhəri Kliniki Tibbi Mərkəzə çatdırılıblar.
xəbərlərin arxivi