Məlumatlar 12 noyabr 2018-ci il

Bakı şəhərində yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinin və sürücülərinin nəzərinə

27 iyun 2011-ci il tarixdə Lənkəran rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

28 iyun 2011-ci il

27 iyun 2011-ci il tarixdə saat 19:00 radələrində Lənkəran rayonunun Haftonu kəndi ərazisində həmin kəndin sakini, 1970-ci il təvəllüdlü Baxşıyev Abbas İbrahim oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, 90-XM-353 dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran rayonu, Kərgəlan kənd sakini, 1989-cu il təvəllüdlü Paşayev Cavid Müqəddəs oğlunun idarə etdiyi “Toyota-Corolla” markalı, X 659 KB 59 RUS dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Qəza nəticəsində “Mercedes-Benz” markalı avtomobilin sürücüsü hadisə yerində, digər sürücü C.Paşayev isə çatdırıldığı xəstəxanada ölüb.
xəbərlərin arxivi