Məlumatlar 12 noyabr 2018-ci il

Bakı şəhərində yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinin və sürücülərinin nəzərinə

28 iyun 2011-ci il tarixdə Binəqədi rayonu ərazisində 3 nəfərin ölümü, 2 nəfərinsə yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

28 iyun 2011-ci il

28 iyun 2011-ci il tarixdə saat 02:55 radələrində paytaxtın Binəqədi rayonu ərazisindən keçən Bakı-Quba-Dağıstan sərhəd yolunun 9-cu km-də, 1987-ci il təvəllüdlü, Bakı şəhər sakini Hüseynov Vahid Mehdi oğlu Quba rayonu istiqamətində idarə etdiyi “Opel-Astra” markalı 10-SR-782 dövlət qeydiyyat nişanlı minik avtomobilini yolun sağ kənarında olan metal çəpərə çırparaq aşırıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən, Bakı şəhər sakinləri, 1987-ci il təvəllüdlü Məmmədov Azər Eldar oğlu, 1991-ci il təvəllüdlü Şirinzadə Rəsul Fəxrəddin oğlu və Ağdaş rayon sakini, 1986-cı il təvəllüdlü Mustafayev Sənan Vəzir oğlu hadisə yerində ölüb, avtomobilin sürücüsü və digər sərnişin Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Həsənov Ataxan Cahil oğlu isə bədən xəsarətləri alaraq Bakı şəhər Klinik Tibbi Mərkəzə çatdırılıblar.
xəbərlərin arxivi