29 iyun 2011-ci il tarixdə Hacıqabul rayonu ərazisində 6 nəfərin ölümü və 8 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

30 iyun 2011-ci il

29 iyun 2011-ci il tarixdə saat 23.30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 103-cü km-də Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində 1979-cu il təvəllüdlü Hacıqabul rayon sakini Atamoğlanov Ağaxan Balaxan oğlu sərxoş vəziyyətdə idarə etdiyi VAZ-2106 markalı, 43 BA 328 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamadığından qarşısında eyni istiqamətdə hərəkət edən 1983-cü il təvəllüdlü Hacıqabul rayon sakini İbrahimov Vüqar Rayyət oğlunun idarə etdiyi VAZ-2106 markalı, 24 BB 353 dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurub.
Toqquşma nəticəsində VAZ-2106 markalı, 24 BB 353 dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər, Hacıqabul rayon sakinləri 1957-ci il təvəllüdlü İbrahimova Nərminə Şahı qızı, 2005-ci il təvəllüdlü uşaqlar Babayeva Xanım Fəzail qızı və İbrahimov Nicat Vüsal oğlu və 2007-ci il təvəllüdlü Babayeva Aydan Fəzail qızı avtomaşının içərisində yanaraq hadisə yerində, 1995-ci il təvəllüdlü digər sərnişin Qocayev Rasim İlham oğlu və 1976-cı il təvəllüdlü Babayeva Ruhiyyə Rayyət qızı isə hadisə zamanı aldığı termiki yanıq xəsarətlərindən xəstəxanada ölüb, sürücü və 1975-ci il təvəllüdlü Qocayeva Sevinc Rayyət qızı, eləcə də digər avtomobilin sürücüsü və onun sərnişinləri,  
Hacıqabul rayon sakinləri, 1991-ci təvəllüdlü İbrahimov Sübhan Hatəm oğlu, 1989-cu il təvəllüdlü Rüstəmov Əli Gülağa oğlu, 1978-ci il təvəllüdlü Xudaverdiyev Eldəniz Hüseyn oğlu, 1989-cu il təvəllüdlü Xudaverdiyev Səyyah Hüüseyn oğlu və 1982-ci il təvəllüdlü Şirinov Məhəmməd Ələkbər oğlu müxtəlif xəsarətlər alaraq Şirvan Şəhər Xəstəxanasına çatdırılıblar.
xəbərlərin arxivi