01 iyul 2011-ci il tarixdə Qax rayonu ərazisində 4 nəfərin ölümü və 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdir

01 iyul 2011-ci il

01 iyul 2011-ci il tarixdə saat 23.40 radələrində Qax rayonunun ərazisindən keçən Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun 85-ci km-də Zaqatala rayon sakini 1972-ci il təvəllüdlü Nəsirov Aqil Ağabala oğlunun idarə etdiyi “Toyota Land Cruiser” markalı, 10-OE-088 dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhər sakini 1978-ci il təvəllüdlü Əliyev Faiq İzzət oğlunun idarə etdiyi VAZ-2109 markalı, 58-BA-029 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub, nəticədə “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü, həmin avtomaşında olan sərnişinlər - Zaqatala rayon sakinləri 1955-ci il təvəllüdlü Nurullayev Mustafa Hacı oğlu, Xalayev İsmayıl Əli oğlu və 1981-ci il təvəllüdlü Mürsəlov Mürvət Ənvər oğlu hadisə yerində ölüb, VAZ-2109 markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin, 1975-ci il təvəllüdlü Bakı şəhər sakini Mustafayev Nizami Nüsrət oğlu xəsarət alaraq Qax rayon xəstəxanasına çatdırılıblar.
xəbərlərin arxivi