Məlumatlar 25 yanvar 2018-ci il

2017-ci il ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

04 iyul 2011-ci il tarixdə Kürdəmir rayonu ərazisində 2 nəfərin ölümü və 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdir

05 iyul 2011-ci il

04 iyul 2011-ci il tarixdə saat 21.20 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisindən keçən Bakı-Qazax yolunun 170-ci km-də Sabirabad şəhər sakini 1958-ci il təvəllüdlü Salmanov İkram Ağateymur oğlunun Bakı istiqamətində idarə etdiyi “Toyota-Prado” markalı, 10-LS-009 dövlət qeydiyyat nişanlı avtomobillə Qazax istiqamətində hərəkətdə olmuş Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Allahverdiyev Vüqar Vidadi oğlunun idarə etdiyi “Daewoo-Espero” markalı, 10-OT-156 dövlət qeydiyyat nişanlı avtomobil, Bərdə şəhər sakini 1985-ci il təvəllüdlü Abdulov Cavid Hafiz oğlunun Qazax istiqamətində idarə etdiyi Opel markalı, 90-CJ-546 qeydiyyat nişanlı avtomobil və həmin istiqamətdə hərəkətdə olmuş Gəncə şəhər sakini 1984-ci il təvəllüdlü Nağıyev Elfaq Rüstəm oğlunun idarə etdiyi VAZ-21154 markalı, 90-LN-314 nömrə nişanlı avtomobil toqquşub, nəticədə Opel markalı avtomobildə olmuş sərnişin 2011-ci il təvəllüdlü Abbaszadə Ləman Nahid qızı ilə VAZ-21154 markalı avtomobildə olmuş sərnişin, Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Mustafayev Fərid Seyhun oğlu almış olduqları xəsarətlərdən hadisə yerində ölüb, xəsarət alan VAZ-21154 markalı avtomobildə olmuş sərnişin,  Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Mirzə-pur Zamiq Zakir oğlu və Opel markalı avtomobilin sürücüsü Abdulov Cavid Hafiz oğlu Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına, “Toyota-Prado” markalı avtomobilin sürücüsü Salmanov İkram Ağateymur oğlu isə Sabirabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
xəbərlərin arxivi