Məlumatlar 04 aprel 2018-ci il

Gürcüstan Respublikasına səfərə gedən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə

06 iyul 2011-ci il tarixdə Binəqədi rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması, Şəmkir rayonu ərazisində isə 2 nəfərin ölümü və 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib

07 iyul 2011-ci il

06 iyul 2011-ci il tarixdə saat 15:45 radələrində Binəqədi rayon ərazisində, Xocasən yolunun 1-ci km-də 1979-cu il təvəllüdlü, Ağstafa rayon sakini Rəşad Həsənov idarə etdiyi “Ford-Transit” markalı 90-KR-142 dövlət qeydiyyat nişanlı avtomobili aşırıb. Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlərdən, Şəmkir rayon sakini 1974-cü il təvəllüdlü Bayramova Ceyran hadisə yerində ölüb, Sumqayıt  şəhər sakini, 1985-ci il təvəllüdlü Əliyev Əliyə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Digər yol-nəqliyyat hadisəsi saat 22:45 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayon ərazisindən keçən 402-ci km-də qeydə alınıb. Şəmkir rayon sakini 1978-ci il təvəllüdlü İbrahimov Məmməd Qəhrəman oğlu Qazax rayonu istiqamətində idarə etdiyi Vaz-2106 markalı 50 BZ 274 dövlət qeydiyyat nişanlı avtomobillə eyni istiqamətdə hərəkətdə olan Bərdə rayon sakini, 1987-ci il təvəllüdlü Mehdiyev Vüsal Əkbər oğlunun idarə etdiyi “Zil” markalı, 47-43 AГP dövlət qeydiyyat nişanlı yük avtomobilini arxadan vurub. Qəza nəticəsində Vaz-2106 markalı avtomobilin sürücüsü və sərnişin 2009-cu il təvəllüdlü İbrahimov Qəhrəman Məmməd oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişinlər, Şəmkir rayon sakinləri 1984-cü il təvəllüdlü İbrahimova Vüsalə İlham qızı və 2006-cı il təvəllüdlü İbrahimova Aycan Məmməd qızı xəsarət alaraq  Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.


xəbərlərin arxivi