08 iyul 2011-ci il tarixdə Ağstafa rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

08 iyul 2011-ci il

08 iyul 2011-ci il tarixdə saat 07:50 radələrində, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ağstafa rayonu ərazisindən keçən 450-ci km-də, Qazax rayon sakini 1987-ci il təvəllüdlü Həsənov Xaliq Alı oğlu Bakı şəhəri istiqamətdə idarə etdiyi Vaz-2106 markalı 05 BD 389 dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətdə hərəkətdə olan Tovuz rayon sakini, 1958-ci il təvəllüdlü İsmayılov Camal Mikayıl oğlunun idarə etdiyi Vaz-2106 markalı 10 FU 074 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində 10 FU 074 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və sərnişin, 1951-ci il təvəllüdlü Tovuz rayon sakini Hüseynov Əli Məhəmmədəli oğlu aldıqları xəsarətlərdən xəstəxanada ölüb, digər sərnişin, Tovuz rayon sakini 1930-cu il təvəllüdlü Sadıqov Zakir Dilqəm oğlu isə xəsarət alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi