13 iyul 2011-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Fatmai bağları sahəsində 2 piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

14 iyul 2011-ci il

13 iyul 2011-ci il tarixdə saat təxminən 17:30 radələrində Bakı şəhəri Binəqədi rayon Fatmai bağları sahəsində 1979-cu il təvəllüdlü, Füzuli rayon sakini Muxtarov İlkin idarə etdiyi “Otoyol” markalı 10-TB-559 dövlət qeydiyyat nişanlı avtobusla piyada, Bakı şəhər sakinləri, 1962-ci il təvəllüdlü Hüseynova Hökumə Azad qızını və onun qızı 1994-cü il təvəllüdlü Hüseynova Lalə Əli qızını vurub. Qəza nəticəsində hər iki piyada hadisə yerində ölüb.

xəbərlərin arxivi