Məlumatlar 04 aprel 2018-ci il

Gürcüstan Respublikasına səfərə gedən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə

14 iyul 2011-ci il tarixdə Xaçmaz rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərinsə yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

15 iyul 2011-ci il

         14 iyul 2011-ci il tarixdə saat 08-00 radələrində Gəndob-Yalama yolunun Xaçmaz rayon ərazisindən keçən Çarx kənd ərazisində 17-ci km-də, Xaçmaz rayon sakini, 1989-cu il təvəllüdlü Haqverdizadə Kamal Bəxtiyar oğlunun Bakı şəhəri  istiqamətinə idarə etdiyi “Vaz-2107” markalı, 10-OD-997 dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətdə hərəkətdə olan Dəvəçi rayon sakini, 1944-cü il təvəllüdlü Səlimov Məmməd Qara oğlunun idarə etdiyi Vaz-2106 markalı, 17-BA-633 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Qəza nəticəsində Vaz-2106 markalı avtomobilin sürücüsü hadisə yerində ölüb, onun sərnişini 1954-cü il təvəllüdlü Səlimova Dəstəgül Nurəddin qızı xəsarətlər alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Digər avtomobilin sürücü və avtomobildəki sərnişini, 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Fərzalıyeva Turanə Arif qızı xəstəxanaya çatdırılsalar da sonuncu  aldığı ağır xəsarətlərdən ölüb.

xəbərlərin arxivi