Məlumatlar 04 aprel 2018-ci il

Gürcüstan Respublikasına səfərə gedən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə

15 iyul 2011-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu ərazisində 4 nəfərin ölümü, 1 nəfərinsə yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

16 iyul 2011-ci il

15 iyul 2011-ci il tarixdə saat 23-00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala-Pirallahı şosse yolunun, Xaşa-Xuna bağ massivinin yaxınlığında Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Əzimov Elxan Mirağa oğlunun idarə etdiyi “Vaz-2106” markalı, 10-GU-434 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olan “SAV” markalı 90-JK-740 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində Vaz-2106 markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər, Bakı şəhər sakinləri 1974-cü il təvəllüdlü Əzimova Yeganə Pirəli qızı, 1967-ci il təvəllüdlü Qarayev Mübariz Əmirağa oğlu, 1970-ci il təvəllüdlü Qarayeva Təranə Pirəli qızı hadisə yerində ölüb, digər sərnişin 1979-cu il təvəllüdlü Qarayev Fərman Pirəli oğlu isə xəsarət alaraq Sabunçu rayon 3 saylı Kliniki şəhər xəstəxanasına çatdırılıb.
xəbərlərin arxivi