17 iyul 2011-ci il tarixdə İsmayıllı rayon ərazisində 3 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

18 iyul 2011-ci il

17 iyul 2011-ci il tarixdə saat 20-15 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun 44-cü km-də, Topçu kəndinin ərazisində İsmayıllı rayon sakini, 1978-ci il təvəllüdlü Sadiq Babayev idarə etdiyi “Mercedes-Benz” markalı, 50-BU-211 dövlət qeydiyyat nişanlı avtomobili ağaca vurub. Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər həmkəndliləri 1964-cü il təvəllüdlü Adil Salehov, 1962-ci il təvəllüdlü Xalid Ağayev hadisə yerində ölüb, xəsarət almış digər sərnişin Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Yaqub Bəşirov isə xəstəxanaya çatdırılıb, vəziyyəti qənaətbəxşdir.
xəbərlərin arxivi