Məlumatlar 04 aprel 2018-ci il

Gürcüstan Respublikasına səfərə gedən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə

2011-ci ilin 6 ayı ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

19 iyul 2011-ci il

    Azərbaycan Respublikası DİN-in kollegiya qərarlarının, əmr və göstərişlərinin tələblərini, habelə iş planlarını rəhbər tutaraq DİN BDYP İdarəsi və onun yerlərdəki bölümləri tərəfindən 2011-ci ilin 6 ayı ərzində respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və xidməti intizamın  möhkəmləndirilməsi  istiqamətində bir sıra  təşkilati və  profilaktik  tədbirlər həyata keçirilmişdir.
  2011-ci ilin yanvar ayının 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyanın rəhbəri cənab Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın iclasında verilmiş tapşırıqlarla bağlı yanvarın 27-dən fevralın 2-dək Bakı, Gəncə, Mingəçevir, Yevlax, Sumqayıt və Şirvan şəhərlərində respublika üzrə DYP qurumlarının tam tərkibdə heyəti ilə zona müşavirələri keçirilmiş, dövlət rəhbərinin tələbləri şəxsi heyətə çatdırılmış, vətəndaşlarla ünsiyyətdə olarkən etik davranış normalarına ciddi əməl olunması, diqqət və qayğı ilə yanaşılması onlardan bir daha tələb olunmuşdur.
  2011-ci ilin 6 ayı ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 408342 YHQ pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 7686, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 42111, ötmə qaydalarının pozulması üzrə 7245, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 24713, sərnişin daşıma qaydalarının pozulması üzrə 2634 fakt aşkar etmişlər. YHQ pozuntusuna görə 45073 sürücü yerində cərimə olunmuş, 1895 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılmışdır.
Respublika ərazisində fəaliyyət göstərən mişar daşı, qum, çınqıl və s. karxanalarının sahibləri ilə DİN BDYPİ-nin rəhbərliyinin iştirakı ilə görüşlər keçirilmiş, məsələnin mahiyyəti və qanunvericiliyin tələbləri onlara bilavasitə izah edilməklə nəqliyyat vasitələrinin konstruksiyada nəzərdə tutulduğundan artıq çəkidə yüklənməməsi barədə xəbərdar olunmuşlar.
  Keçirilmiş reydlər zamanı nəqliyyat vasitələrini nəzərdə tutulduğundan artıq çəkidə yüklədiyinə görə 2588, yük həcmini artırmaq məqsədilə bortları qanunsuz qaldırılmış 6204 avtomobilin sürücüsü inzibati məsuliyyətə cəlb olunmuşdur.
2011-ci ilin 6 ayı ərzində Respublika ərazisində 1364 YNH-si qeydə alınmış, nəticədə 433 nəfər həlak olmuş, 1465 nəfər yaralanmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin sayı 204 (17,6%), həlak olanların sayı 36 nəfər (9,1%), yaralananların sayı isə 282 nəfər (23,8%) artmışdır.    
  DİN BDYPİ YPXA-nın xidmət ərazisində hesabat dövründə 138 YNH-i qeydə alınmış, nəticədə 98 nəfər həlak olmuş, 110 nəfər yaralanmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin və yaralananların sayı 30 (17,9%) və 75 nəfər (40,5%) azalmış, həlak olanların sayı isə 12 nəfər (13,9%) artmışdır.
  Bakı şəhəri ərazisində 711 YNH-si qeydə alınmış və bunların nəticəsində 169 nəfər həlak olmuş, 774 nəfər yaralanmışdır. 2010-cu ilin 6 ayı ilə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 214 (43,1%), 7 (4,3%) və 313 (67,9%) artmışdır.
  Respublika üzrə qeydə alınmış YNH-nin 92,6%-i (1265) sürücülərin YHQ pozmaları, o cümlədən 44,4%-i (607) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 23,1%-i (315) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8%-i (113) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,7%-i (37) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. YNH-nin 40,3%-ni (550) piyadaların vurulması təşkil etmiş, nəticədə 167 piyada həlak olmuş, 410-u yaralanmışdır. Respublika üzrə qeydə alınmış YNH-ləri nəticəsində 37 nəfər uşaq və yeniyetmə həlak olmuş, 105 nəfər yaralanmışdır. Həlak olanların 24-ü, yaralananların isə 62-i piyadalardır.
2011-ci ilin 6 ayı ərzində respublika ərazisində 13 nəfərin həlak olması və 68 nəfərin yaranlanması ilə nəticələnmiş 79 YNH-si bağlı qalmışdır.
  Baş İdarənin əməkdaşları tərəfindən 2011-ci ilin 6 ayı ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin  qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılmış, 30440 avtomobil ilkin qeydiyyata alınmış, 22683 sürücülük vəsiqəsi verilmişdir.
  Azərbaycan Respublikası Prezidentinin «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında» 1994-cü il tarixli Fərmanından irəli gələn vəzifələri rəhbər tutaraq hesabat dövründə DYP əməkdaşları tərəfindən axtarışda olan 18 nəfər  yaxalanmış, 5 ədəd Kalaşnikov avtomatı, 3 ədəd pnevmatik tüfəng, 2 ədəd tapança, 1 ədəd əl qumbarası, 737 ədəd müxtəlif kalibrli patron aşkar edilərək istintaq orqanlarına təhvil verilmişdir.
  2011-ci ilin 6 ayı ərzində polisin digər xidmətləri ilə birgə 28 fakt üzrə: 39 kq 76 qram (o cümlədən 25 kq 400 qram həşiş, 13 kq 54 qram marixuana, 820,27 qram heroin) narkotik maddə aşkar olunmuşdur.
  2011-ci ilin 6 ayı ərzində BDYPI-nə 88 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olmuşdur ki, onlardan 81-i tapılmışdır. BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 196 avtomobil və 33 nəfər saxlanılmış, habelə aqreqat nümrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 245 fakt aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına  göndərilmişdir.
 DYP əməkdaşları tərəfindən qulluq vəzifələrinin icrası zamanı qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət gücləndirilmiş, xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verdiklərinə görə 30 əməkdaş DİO-da xidmətdən xaric, 16 nəfərsə tutduğu vəzifədən azad edilmişdir.
DİN BDYP İdarəsi Azərbaycan Respublikası DİN-in kollegiya qərarlarını, əmr və göstərişlərini rəhbər tutaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində tədbirlərini davam etdirir.


xəbərlərin arxivi