Məlumatlar 04 aprel 2018-ci il

Gürcüstan Respublikasına səfərə gedən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə

08 avqust 2011-ci il tarixdə Hacıqabul rayonu ərazisində 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

08 avqust 2011-ci il

08 avqust 2011-ci il tarixdə saat təxminən 08:30 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisindən keçən 138-ci km-də 1954-cü il təvəllüdlü,  Sumqayıt şəhər sakini Quliyev Tapdıq Məlik oğlunun Bakı istiqamətində idarə etdiyi “Mersedes-Benz” markalı, 10-MZ-775 dövlət qeydiyyat nişanlı minik avtomobili hərəkət istiqamətində yolun sağına çıxaraq su ötürücüsü kanalına  aşıb. Qəza nəticəsində sürücü T.Quliyev, avtomobildə olan sərnişinlər 1967-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Abdullayev Mübariz Məlik oğlu, onun həyat yoldaşı 1971-ci il təvəllüdlü Abdullayeva Firəngiz Abbas qızı və övladı 1992-ci il təvəllüdlü Abdullayev Təbriz Mübariz oğlu hadisə yerində dərhal ölüb, digər sərnişin 1962-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Cəfərov Ehtiram Bəxtiyar oğlu aldığı  xəsarətlərdən Şirvan şəhəri MX-da ölüb.

xəbərlərin arxivi