Məlumatlar 25 yanvar 2018-ci il

2017-ci il ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

15 avqust 2011-ci il tarixdə Ucar rayonunun Qazqumlaq kəndi ərazisində 3 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

15 avqust 2011-ci il

15 avqust 2011-ci il tarixdə saat 06:30 radələrində Bakı-Qazax yolunun 258-ci km-də 1977-ci il təvəllüdlü Bərdə rayon sakini Şükürzadə Şaiq Qərib oğlunun Bakı istiqamətində idarə etdiyi “Daevoo Espero 2000” markalı, 10-CC-618 dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq hissəsi özündən qabaqda eyni istiqamətdə hərəkətdə olan 1971-ci il təvəllüdlü Ağdaş rayon sakini Əliyev Heydər Hacıbala oğlunun idarə etdiyi “T-40 AM” markalı, AZ 49-T-096 dövlət qeydiyyat nişanlı traktorun arxasındakı qoşqu ilə toqquşub. Qəza nəticəsində “Daevoo Espero” markalı avtomobildə olan sərnişinlər Bərdə rayon sakinləri 1966-ci il təvəllüdlü Quliyev Rəhim İsmayıl oğlu və 1965-ci il təvəllüdlü Kazımov Mikayıl Yaqub oğlu hadisə yerində, sürücü  Ş.Şükürzadə isə Ucar MRX-da ölüb, digər sərnişin 1975-ci il təvəllüdlü Bərdə rayon sakini Nəcəfov Qorxmaz Yusif oğlu xəsarət alaraq Ucar MRX-na yerləşdirilib.

xəbərlərin arxivi