Məlumatlar 25 yanvar 2018-ci il

2017-ci il ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

19 avqust 2011-ci il tarixdə Gədəbəy rayonu ərazisində 2 nəfərin ölümü, 7 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

19 avqust 2011-ci il

           19 avqust 2011-ci il tarixdə saat 18:00 radələrində Gədəbəy rayonunun Nərimankənd kəndinin ərazisində Şəmkir rayon sakini 1974-cü il təvəllüdlü Eldar Ələkbərov idarə etdiyi “Toyota Prado” markalı, 57-BO-065 dövlət qeydiyyat nişanlı avtomobili aşırıb. Qəza nəticəsində sürücü E.Ələkbərov və avtomobildə olan sərnişin, qardaşı 1976-cı il təvəllüdlü Elmdar Ələkbərov aldıqları xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişinlər Şəmkir rayon sakinləri 1980-ci il təvəllüdlü Kəmalə Ələkbərova, 1997-ci il təvəllüdlü Mərmər Ələkbərova, 2001-ci il təvəllüdlü Ələkbər Ələkbərov, 1996-cı il təvəllüdlü Murad Ələkbərov, 1995-ci il təvəllüdlü Səmayə Ələkbərova, 2006-cı il təvəllüdlü Günel Ələkbərova və 2003-cü il təvəllüdlü Məhəmməd Nərimanov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
        M.Nərimanov və G.Ələkbərovaya ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir.

xəbərlərin arxivi