Məlumatlar 04 aprel 2018-ci il

Gürcüstan Respublikasına səfərə gedən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə

30 avqust 2011-ci il tarixdə Kürdəmir rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

30 avqust 2011-ci il

30 avqust 2011-ci il tarixdə saat 07:15 radələrində Bakı-Qazax yolunun Kürdəmir rayonu Atakişili kənd ərazisindən keçən 201,5-ci  km-də Şəmkir rayon sakini 1973-cü il təvəllüdlü Məmmədov Toğrul Xanbaba oğlu Bakı şəhər istiqamətində idarə etdiyi “Tofaş-Şahin” markalı, 10-MT-584 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sol yan hissəsi ilə özündən qabaqda eyni istiqamətdə hərəkət edən Qəbələ rayon sakini 1969-cu il təvəllüdlü Həsənov Əzrullah Həsən oğlunun idarə etdiyi “Kamaz-5511” markalı, 10-TP-269 dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxası ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan sərnişinlər, Yevlax rayon sakini 1967-ci il təvəllüdlü Hacıyeva Faiqə Xanbaba qızı və Şəmkir rayon sakini 1971-ci il təvəllüdlü Əsgərova Fərqanə Əlif qızı hadisə yerində ölüb, sürücü Toğrul Məmmədov və digər sərnişin Şəmkir rayon sakini 1959-cu il təvəllüdlü Məmmədova Sara Xanbaba qızı xəsarət alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.                                                        

xəbərlərin arxivi