04 sentyabr 2011-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

04 sentyabr 2011-ci il

04 sentyabr 2011-ci il tarixdə saat 09.32 radələrində Babək prospektində Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Əzizov Ramin Vilayət oğlu idarə etdiyi “Mersedes” markalı, 90-KU-420 dövlət qeydiyyat nişanlı avtomaşınla idarəetməni itirərək yolu keçən piyadaçı Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Şahverdiyeva Svetlana Ağalar qızını, sonra isə yolun kənarında dayanan Neftçala rayon sakini 1956-cı il təvəllüdlü Mustafayev Nuru Qulu oğlu və onunla birgə yaşayan oğlu 1983-cü il təvəllüdlü Mustafayev Vüsal Nuru oğlunu vurub. Qəza nəticəsində hər üç piyadaçı ölüb.                                     


xəbərlərin arxivi