Məlumatlar 04 aprel 2018-ci il

Gürcüstan Respublikasına səfərə gedən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə

05 sentyabr 2011-ci il tarixdə Hacıqabul rayonu ərazisində 2 nəfərin ölümü, 9 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

05 sentyabr 2011-ci il

05 sentyabr 2011-ci il tarixdə saat 16.15 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Hacıqabul rayonu ərazisindən keçən 143-cü  km-də Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Rəhimov Əmiraslan Qasım oğlunun Qazax rayonu istiqamətində idarə etdiyi “Setra” markalı, 90-KH-646 dövlət qeydiyyat nişanlı avtobus onunla eyni istiqamətdə hərəkətdə olan Tərtər rayon sakini 1979-cu il təvəllüdlü Nəbiyev İsmayıl Rafiq oğlunun idarə etdiyi “Ford Tranzit” markalı, 10-SM-415 dövlət qeydiyyat nişanlı mikroavtobusun arxa hissəsi ilə toqquşub. Qəza nəticəsində “Ford Tranzit” markalı mikroavtobusun sərnişinləri Tərtər rayon sakinləri 1980-ci il təvəllüdlü Zamanov Niyaməddin Tofiq oğlu və 1972-ci il təvəllüdlü Ağamalıyev Elman Süleyman oğlu hadisə yerində ölüb, sürücü və digər sərnişinlər Tərtər rayon sakinləri 1974-cü il təvəllüdlü Ağamalıyeva Nəsibə Mayıl qızı, 2005-ci il təvəllüdlü Ağamalızadə Nisə Elman qızı,  2008-ci il təvəllüdlü Zamanov İmaməddin Niyaməddin oğlu, 1984-cü il təvəllüdlü Həsənova Kəmalə Mayıl qızı və 45 yaşlı Abbasova Lətifə Mayıl qızı  xəsarət alaraq Şirvan mərkəzi rayon xəstəxanasına, 1988-ci il təvəllüdlü Abbasov Elyaz Mehman oğlu, 1992-ci il təvəllüdlü Əlizadə Aygün Fazil qızı, 1974-cü il təvəllüdlü Məmmədova Dilşad Əmirxan qızı xəsarət alaraq Hacıqabul Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.                


xəbərlərin arxivi