Məlumatlar 25 yanvar 2018-ci il

2017-ci il ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

06 sentyabr 2011-ci il tarixdə Hacıqabul rayonu ərazisində 3 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

06 sentyabr 2011-ci il

06 sentyabr 2011-ci il tarixdə saat 18.05 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Hacıqabul rayonu ərazisindən keçən 114-cü  km-də Bakı şəhər sakini 1970-ci il təvəllüdlü Məmmədov İntiqam Eldar oğlunun Bakı istiqamətində idarə etdiyi “Kia Sorento” markalı, 10-SS-804 dövlət qeydiyyat nişanlı avtomobil əks istiqamətdə hərəkətdə olan Beyləqan rayon sakini 1956-cı il təvəllüdlü Hüseynov Allahverdi Xaqar oğlunun idarə etdiyi “Azsamand” markalı, 90-AE-468 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində “Azsamand” markalı avtomobilin sürücüsü və sərnişinləri, Beyləqan rayon sakinləri, 1960-cı il təvəllüdlü Tağıyev Həbib Kərəm oğlu və 1948-ci il təvəllüdlü Hacıyev Bəylər Qadir oğlu hadisə yerində ölüb, “Kia Sorento” markalı avtomobilin sərnişinləri, Gədəbəy rayon sakini 1950-ci il təvəllüdlü Məmmədova Xeyransa Oruc qızı, Bakı şəhər sakinləri 2000-ci il təvəllüdlü Məmmədli Şəhla İntiqam qızı,  2002-ci il təvəllüdlü Məmmədli Eldar İntiqam oğlu və Məmmədli Fuad Vüqar oğlu xəsarət alaraq Şirvan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.                


xəbərlərin arxivi