07 sentyabr 2011-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində 2 nəfərin ölümü, 7 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

07 sentyabr 2011-ci il

07 sentyabr 2011-ci il tarixdə saat 23.20 radələrində Musavat küçəsində Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Elsevər Əliyevin idarə etdiyi “VAZ-2106 markalı, 58-BA-263 dövlət qeydiyyat nişanlı avtomobillə həmyerlisi 1952-ci il təvəllüdlü Yolçu Musayevin idarə etdiyi “VAZ-2106 markalı, 10-BC-689 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Qəza nəticəsində sürücü Y.Musayev və sərnişinləri, həyat yoldaşı 1965-ci il təvəllüdlü Fəridə, qızı 1976-cı il təvəllüdlü  Fatma, oğlanları 1973-cü il təvəllüdlü İbadət, 2005-ci il təvəllüdlü Rüfət,  2007-ci il təvəllüdlü Rəşad, qohumu 1982-ci il təvəllüdlü Xeyransa Musayeva, habelə digər sürücü E.Əliyev və sərnişini həyat yoldaşı 1989-cu il təvəllüdlü Gülnarə xəsarət alaraq  xəstəxanaya çatdırılıblar. Sürücülərin hər ikisi xəstəxanada ölüb, digərlərinin vəziyyəti isə orta-ağırdır.        

xəbərlərin arxivi