09 sentyabr 2011-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

09 sentyabr 2011-ci il

09 sentyabr 2011-ci il tarixdə saat 12:15 radələrində Nobel prospektində Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Əsgərov Fuad Saleh oğlu “Opel” markalı, 41-BB-882  dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolu keçən piyadaları Bakı şəhər sakinləri, 1950-ci il təvəllüdlü Abbasova Nəzakət Müseyib qızını və onun nəvəsi 2006-cı il təvəllüdlü Abbasova Aytac Anar qızını vurub. Qəza nəticəsində piyada N.Abbasova hadisə yerində, nəvəsi Aytac isə xəstəxanada ölüb.

xəbərlərin arxivi