14 sentyabr 2011-ci il tarixdə Ağcabədi rayonu ərazisində 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

14 sentyabr 2011-ci il

14 sentyabr 2011-ci il tarixdə saat 09.30 radələrində Yeni Qaradolaq kəndi ərazisində Xocalı rayon sakini 1964-cü il təvəllüdlü Nurməmmədov Yaqub Həsən oğlu “QAZ-53” markalı yük avtomobilini idarə edərkən onu aşırıb. Qəza nəticəsində sərnişinlər, Kəlbəcər rayon sakinləri 1960-cı il təvəllüdlü Hüseynova Gözəl Həsənalı qızı, 1965-ci il təvəllüdlü Bayramova Cəmilə Yusif qızı və Ağdam rayon sakini 1975-ci il təvəllüdlü Rəcəbova Arzu Bayram qızı hadisə yerində ölüb, xəsarət almış 2 nəfərə isə xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra buraxılıblar.

xəbərlərin arxivi