Məlumatlar 04 aprel 2018-ci il

Gürcüstan Respublikasına səfərə gedən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə

18 sentyabr 2011-ci il tarixdə Kürdəmir rayonu ərazisində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması, Biləsuvar rayonu ərazisində isə 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib

18 sentyabr 2011-ci il

18 sentyabr 2011-ci il tarixdə saat 10:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Kürdəmir rayonu ərazisindən keçən 165-ci km-də 1986-cı il təvəllüdlü, Bakı şəhər sakini Əhmədov Elşən Sübhan oğlu idarə etdiyi “Mitsubishi Pajero” markalı, 90-BS-317 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun sağ kənarına çıxmaqla onu aşırıb. Qəza nəticəsində sürücü və sərnişin Bakı şəhər sakini 1961-ci il təvəllüdlü Rəsulov Fazil Qəhrəman oğlu hadisə yerində ölüb, avtomobildə olan digər sərnişinlər, Bakı şəhər sakinləri 1961-ci il təvəllüdlü Məsimova Ceyran Balaca qızı, 2005-ci il təvəllüdlü Məsimova Aysun Elnur qızı və Tovuz rayon sakini 1986-cı il təvəllüdlü Əhmədov İlqar Nurəddin oğlu xəsarət alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
         Digər yol-nəqliyyat hadisəsi saat 22:20 radələrində Biləsuvar rayonu ərazisində qeydə alınıb. Rayon sakini, 1968-ci il təvəllüdlü Seyfullayev Rövşən İnqilab oğlu “BMV” markalı, 10-ZV-107 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Aşağı Cürəli kənd sakinləri, 1947-ci il təvəllüdlü Əhmədov Ələkbər Mikayıl oğlunu və onun həyat yoldaşı 1949-cu il təvəllüdlü Əhmədova Südabə Sadıq qızını vurub. Qəza nəticəsində hər iki piyada hadisə yerində ölüb.

xəbərlərin arxivi