27 sentyabr 2011-ci il tarixdə Goranboy rayonu ərazisində 4 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

27 sentyabr 2011-ci il

27 sentyabr 2011-ci il tarixdə saat 12.25 radələrində Bakı-Qazax yolunun 323-cü km-də Göyçay rayon sakini, 1962-ci il təvəllüdlü Umarov Sahib Haqverdi  oğlunun idarə etdiyi “VAZ-21011” markalı, 04-BC-315 dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz rayon sakini, 1990-cı il təvəllüdlü Hüseynov Nəriman Elman oğlunun idarə etdiyi “VAZ-2107“ markalı, 90-LU-407 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ-21011” markalı avtomobilin sürücüsü və sərnişini, 1986-cı il təvəllüdlü Umarov Rəşad Sahib oğlu, digər avtomobilin sərnişinləri, Tovuz rayon sakinləri, 1989-cu il təvəllüdlü Abuzərov Samir Cümşüd oğlu, 1970-ci il təvəllüdlü Mustafayeva Aləmzər Əsgər qızı hadisə yerində ölüb, “VAZ-21011” markalı avtomobilin sərnişinləri, Bakı sakini, 1988-ci il təvəllüdlü Umarova Zülfiyyə Cümşüd qızı, Göycay rayon sakinləri, 1962-ci il təvəllüdlü Umarova Zemfira Güləhməd qızı, 2009-cu il təvəllüdlü Umarlı Aytən Rəşad qızı və “VAZ-2107” markalı avtomobilin sürücüsü xəsarət alaraq Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyəti ağırdır.

xəbərlərin arxivi