Məlumatlar 25 yanvar 2018-ci il

2017-ci il ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

05 oktyabr 2011-ci il tarixdə Ağcabədi rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

05 oktyabr 2011-ci il

05 oktyabr 2011-ci il tarixdə saat 19.00 radələrində Aran-Bəhramtəpə yolunun 92-ci km-də Ağcabədi rayon sakini, 1968-ci il təvəllüdlü Həsənov Ramiz Cəlal oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 04-BB-746 dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayon sakini, 1955-ci il təvəllüdlü Mustafayev Fazil Cəlal oğlunun idarə etdiyi “VAZ-2121“ markalı, 20-BL-395 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sərnişinləri, Ağcabədi rayon sakinləri, 1936-cı il təvəllüdlü Həsənova Tamella İmamqulu qızı və 2005-ci il təvəllüdlü Həsənov Şəfa Ramiz oğlu hadisə yerində ölüb, hər iki avtomobilin sürücüləri xəsarət alaraq Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

xəbərlərin arxivi