17 oktyabr 2011-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində 4 nəfərin ölümü, 2 nəfərin yaralanması, Sabunçu rayonu ərazisində isə 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib

17 oktyabr 2011-ci il

17 oktyabr 2011-ci il tarixdə saat 07:07 radələrində paytaxtın Şəmsi Bədəlbəyli ilə Rəşid Behbudov küçələrinin kəsişməsində Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov İsmayıl Yaqub oğlunun idarə etdiyi “Daewoo” markalı 10-TC-324 dövlət qeydiyyat nişanlı, 202 saylı şəhərdaxili marşrut üzrə hərəkət edən avtobusla Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Vəliyev Ramin Nadir oğlunun idarə etdiyi “VAZ-2107 markalı, 10-VU-987 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.
Qəza nəticəsində “VAZ-2107 markalı avtomobilin sürücü və sərnişinləri, Türkiyə vətəndaşları, 1987-ci il təvəllüdlü Burhan Berat Felik, 1990-cı il təvəllüdlü Əlihan Sarı Türk Şərəf və şəxsiyyəti müəyyən olunmayan 25-30 yaşlı qadın hadisə yerində ölüb, digər sərnişinlər, Türkiyə vətəndaşları, 1991-ci il təvəllüdlü Ərdam Əlidolu Şehmuz, 1984-cü il təvəllüdlü Əziz Türk xəsarət alaraq  xəstəxanaya çatdırılıblar, vəziyyətləri orta-ağırdır.    
Digər yol-nəqliyyat hadisəsi saat 22:00 radələrində Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakinləri 1968-ci il təvəllüdlü Məhəmməd Baxışovun idarə etdiyi “Shaolin” markalı, 10-TE-681 dövlət qeydiyyat nişanlı xətt avtobusu ilə 1967-ci il təvəllüdlü Vaqif Gülməmmədovun idarə etdiyi “Mersedes-Benz” markalı, 10-RF-635 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.
Qəza nəticəsində “Mersedes-Benz” markalı avtomobilin    sürücü və sərnişini, 1977-ci il təvəllüdlü Əlizadə Olqa hadisə yerində ölüb, avtobusun sürücüsü isə xəsarət alaraq  xəstəxanaya çatdırılıb.        

xəbərlərin arxivi