22 oktyabr 2011-ci il tarixdə Kürdəmir rayonu ərazisində 2 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

22 oktyabr 2011-ci il

22 oktyabr 2011-ci il tarixdə saat 11:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Kürdəmir rayonu ərazisindən keçən 187-ci km-də 1990-cı il təvəllüdlü Kürdəmir rayon sakini Nadirov Turxan Beybud oğlu Qazax istiqamətində idarə etdiyi “VAZ-21074” markalı, 33-BC-669 dövlət qeydiyyat nişanlı avtomobillə ötmə əməliyyatı apararkən qarşıdan gələn 1966-ci il təvəllüdlü, Mingəçevir şəhəri sakini Hətəmov Fəxrəddin Bahadur oğlunun Bakı istiqamətində idarə etdiyi “Mersedes-Benz-208” markalı, 45-BG-729 dövlət qeydiyyat nişanlı  mikroavtobusla qarşı-qarşıya toqquşmuş, daha sonra “VAZ-21074” markalı avtomobilin arxası ilə hərəkət edən, 1985-ci il təvəllüdlü Neftçala rayon sakini Cavadlı Natiq Namid oğlunun idarə etdiyi “Mersedes-Benz-190” markalı, 90-FG-596 dövlət qeydiyyat nişanlı avtomobillə “Mersedes-Benz-208” markalı mikroavtobusun arxası ilə hərəkət edən 1964-cü il təvəllüdlü Bakı şəhər sakini Minayev Oqtay Adil oğlunun idarə etdiyi “Lexus-570” markalı, 10 KK 999 dövlət qeydiyyat nişanlı avtomobillər qəza törətmiş avtomobillərlə toqquşublar. Qəza nəticəsində “VAZ-21074” markalı avtomobilin sürücüsü Turxan Nadirov aldığı xəsarətlərdən hadisə yerində, “Mersedes-Benz-190” markalı avtomobildə olan sərnişin, 1990-cı il təvəllüdlü Neftçala rayon sakini Nəzərova Şəfa İsmayıl qızı xəstəxanaya aparılarkən ölüb, “Mersedes-Benz-208” markalı mikroavtobusun sürücüsü ilə həmin avtomobildə olan 1966-cı il təvəllüdlü sərnişinlər, Mingəçevir şəhər sakini Məmmədova Gülsüm Nüsrət qızı, Yevlax rayon sakini İsgəndərov İmran Əbülfər oğlu, 1956-cı il təvəllüdlü Mingəçevir şəhər sakini Həsənov Tahir Hüseyn oğlu və “VAZ-21074” markalı avtomobildə olan sərnişin, 1971-ci il təvəllüdlü Kürdəmir rayon sakini Nadirov Şəmşir Şahsuvar oğlu xəsarət alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
xəbərlərin arxivi