01 noyabr 2011-ci il tarixdə İsmayıllı rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

01 noyabr 2011-ci il

01 noyabr 2011-ci il tarixdə saat 01:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun 47-ci km-də 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Allahyarov İsmət Həsən oğlunun idarə etdiyi “Prado” markalı, 10-AD-508 dövlət qeydiyyat nişanlı avtomobillə 1963-cü il təvəllüdlü Zaqatala rayon sakini Salamov Səfər Musa oğlunun idarə etdiyi “VAZ-2109” markalı, 62-BG-089 dövlət qeydiyyat nişanlı  avtomobil toqquşub.
Qəza nəticəsində “VAZ-2109” markalı avtomobildə olan sərnişinlər, Zaqatala rayon sakinləri, 1977-ci il təvəllüdlü Mikayılov Qərib Həmdulla oğlu və 1980-ci il təvəllüdlü Məmmədov Sirac İslam oğlu hadisə yerində ölüb, sürücü S.Səfərov xəsarət alaraq xəstəxanaya çatdırılıb.

xəbərlərin arxivi